reklam
"Zirə" "Qəbələ" ilə oyuna itki ilə çıxacaq

Premyer Liqanın XXXIII turunda "Qəbələ"ni qəbul edəcək "Zirə" bu matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə,  "qartallar"ın müdafiəçisi Adil Nağıyev bu matçda komandasına kömək edə bilməyəcək. Buna səbəb futbolçunun dünən "Qarabağ"la baş tutan oyunda sarı vərəqə alaraq cəzalı duruma düşməsi olub.

Bundan başqa əzələsini dartan Viktor İqbekoyinin də "qırmızı-qaralar"la oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı.

Qeyd edək ki, "Zirə" - "Qəbələ" matçı mayın 7-də baş tutacaq.