reklam
Amil Yunanov: "Qarabağ"dan çəkinmirik" <strong><font color=#ff0000> (MÜSAHİBƏ)</font></strong>

"Sumqayıt"ın hücumçusu Amil Yunanov "İnter"lə matçdan sonra İdmanxeber.com-a müsahibə verib.

- 2 qol vurub 1 xal qazandız. Oyunla bağlı fikirlərin...

- Çox gərgin oyun oldu. Təəssüf ki, son dəqiqələrdə qələbəni əldən verdik. Amma elə fikirləşirəm ki, biz bu oyunu udmalı idik. Heyif ki, alınmadı.

- Bu tura qədər mövsüm necə keçdi sənin üçün?

- Nə yaxşı, nə də pis. Hələ ki, hər şey normaldı. Yaxşı oyunlarım da oldu, pis oyunlarım da.

- "Sumqayıt"ın bu mövsümdə Avroliqaya uğrunda iddiasının olmamağı səni komandanda sıxmır? 

- Çox pis oluram. Avroliqa şansımızı itirdik. Amma yaxşı heyətimiz var idi ki, 4-5-ci yerlər uğrunda oynayaq. Heyif alınmadı. Sumqayıtda özümü yaxşı formada hiss edirəm.

- Növbəti mövsümdə də "Sumqayıt"da qalmağı düşünürsən? 

- Hələ "Sumqayıt"la müqaviləm var. Komanda nə desə o da olacaq.

- Növbəti turda sizi çətin "Qarabağ" səfəri gözləyir. Çempionluğu təmin etmiş komanda...

- "Qarabağ" Azərbaycanda ən güclü komandadı. Amma belə komandalara qarşı oynayıb artırmaq lazımdı. Çünki "Qarabağ" Avropa səviyyəsində olan komandadı. Biz heç bir komandadan çəkinmirik.

Nurlan Cəfərov