reklam
"Qarabağ"la oyun öncəsi "İnter"də tam 5 itki

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində bu gün "Qarabağ"la qarşılaşacaq "İnter" sözügedən oyunca ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun heyətində Zurab Xizanişvili, Rauf Əliyev, Nizami Hacıyev, İlkin Qırtımov və Elnur Abdulayev zədə səbəbindən Ağdam klubu ilə qarşılaşmada komandasına kömək edə bilməyəcəklər.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matç "Qarabağ”ın 4-0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı isə sabah saat 19:00-da "Əlincə” klubunun stadionunda baş tutacaq.