reklam

"İnter"in prezidenti Rəşad Qasımov "Qarabağ"la kubokun cavab matçından sonra İdmanxeber.com-a müsahibə verib.

- İlk öncə oyun haqqında ümumi fikirlərinizi bilmək istərdik.

Gördüyünüz kimi biz kuboka yox, çempionat oyunlarına hazırlaşırıq. Əsas heyətdən də cəmi 2-3 nəfər oynayırdı. Ona görə də cavanlar meydanda idi. Kifayət qədər keyfiyyətli oyun göstərdik. Təəssüf ki, qol vura bilmədik, amma imkanlarımız oldu.

- Sanki UEFA-nın qərarından sonra komandada heç bir motivasiya yoxdu...

Qətiyyən mən belə deməzdim. Ola bilər qıraqdan elə görünür, amma bu bele deyil. Biz kubokda "Qarabağ"a məğlub olmuşuq "Rəvan"a məğlub olmamışıq ki...

- Amma "Qarabağ"  bugün ikinci heyətlə oynayırdı...

Elə bizdə ikinci heyətlə oynadıq.

- "Qarabağ" ın ikinci heyətlə oynayacağı məlum idi. Bəs ilk oyunda 4-0 məğlub olan komanda niyə ikinci heyətlə oynasın ki?

Çünki biz "Rəvan"  la oyuna hazırlaşırıq. İlk oyundakı hesabdan sonra onları 5-0 məğlub edəcək durumda deyilik. Ona görə də çempionatın növbəti oyununa köklənmişik.

- Dediniz "Rəvan" uduzmamışıq. "Rəvan" çox zəif komandadı?

Xeyr. Azərbaycan çempionatında zəif komanda yoxdur. "Rəvan"la " Xəzər Lənkəran"  eyni xala malikdirlər və hər ikisi 9-cu yer uğrunda mübarizə aparır.  Buna görədə biz o komandayla oyuna rahat çıxmayacağıq.

- Avroliqaya getməyəcəksiz, bugündə kubok əldən çıxdı. Ümumiyyətlə yayda "İnter"də köklü islahatlar gözlənilirmi?

Xeyr. Heç bir köklü islahatlar olmayacaq. Bunu o yerdə edərlər ki, nəticə rəhbərliyi qane etməsin. Bugün bizi komandamızın nəticəsi qane edir. Biz 3-cü yeridə tuta bilərik, 4cü yeri də...

- Əldə etdiyimiz məlumata görə yayda legionerlər komandadan göndəriləcək.

Bizdə onsuzda legioner az qalıb. Yəqin ki, baxacağıq, kim qalar, kim gedər.

- Baş məşqçinin dəyişdirilməsi mümkündür?

Xeyr, elə bir fikrimiz yoxdur. Ola bilər gözləmədiyimiz səbəb ortaya çıxsın və o getsin. Sabahı bilmək olmaz, bəlkə mən də sabah işə gələ bilmədim (gülür). Amma qətiyyən belə bir fikrimiz yoxdu .

- İşçilərinizin sizi məhkəməyə verməsi nə yerdə qaldı?

Bu haqda mən müsahibədə vermişəm. Heç bir məhkəmə, olmayıb bu şayiədir.

- Amma işçilərdən biri bizə bildirdi ki, sizi məhkəməyə verəcək...

Nə məhkəmədən qorxuram, nə heçkimdən. İxtisara salınanların da pulu vaxtında ödənilib, verir getsin versin....

- Bəzi məlumatlar yayılıb ki, Səlahət Ağayevdə pulunu tələb edir.

Kim deyib bunu sizə?

- Öyrənmişik. Hər halda klub daxilindən mətbuata yalan məlumat daxil ola bilməz. Ola bilərmiki sizin bundan xəbəriniz olmasın?

Bugünə qədər bizim heç kimə borcumuz yoxdur. Bunu mən sizə qəti şəkildə deyirəm. Borclar hamısı ödənilib, klubun heç kimə borcu qalmayıb. Hətta hansı işçilərin pulu qalmışdısa hamısı dünən ödənilib.

- CAS-ın şıkayətinə nə vaxt baxılması gözlənilir?

 Verdiyimiz gündən etibarən, səhv etmirəmsə 20 gün ərzində UEFA öz qərarını bildirməli idi. Ondan sonra məhkəmənin tarixi müəyyənləşəcək.

- Şanslar 50-50-dir, yoxsa necə?

Bəli. Amma bunu qərardan sonra biləcəyik.

- Vəkilinizə inanırsız?

Təbii ki.. İnanmasaydıq biz bu işi ona həvalə etməzdik. 2009-cu ildən bəri CAS-da 7-8 işi o idarə edib və təcrübəlidi.

Nurlan Cəfərov