reklam

Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasındakı oyununun keçiriləcəyi gün bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu qitənion ən nüfuzlu klub turnirinə ikinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları iyulun  12-13-də, cavab matçları isə həmin ayın 19-20-də keçiriləcək.

Ölkəmizi Avropa Liqasında təmsil edəcək komandaların (“Qəbələ”, “Kəpəz”, “Neftçi” ) hamısı mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək. Bu mərhələdə ilk oyunlar iyunun 30-na, cavab qarşılaşmaları isə iyulun 7-nə nəzərdə tutulub.

Klublarımız rəqiblərini iyunun 22-də UEFA-da keçiriləcək püşkatmada aydınlıq gələcək.