reklam

"İnter"in qapıçısı Kamran Ağayevin "Zirə" ilə oyundan sonra İdmanxeber.com-a müsahibəsi.

- İlk öncə oyunla bağlı fikirlərinizi bildirərdiniz.

Meydançaya nəticə üçün çıxmışdıq. Mən belə düşünürəm ki, biz daha üstün oyun nümayiş etdirdik. Bürünc müdallar üçün mübarizə apardığımıza görə bu gözlənilən idi. Avrokuboklarda iştirak edə bilməyəcəyimizə üçün çox üzülürük. Amma hələ ki, cavab gəlmədiyi üçün ümidimizi üzməmişik.

- Zədəli olduğun halda oynamaq çətinlik yaratmadı sənə?

Bəli, zədəm hələ də tam sağalmayıb. Düzdü yenidən zədələnməmək üçün  ehtiyat edirdim. Zədəli halda meydana çıxıb komandama kömək etdim.

- Qarşıda millinin yoxlama oyunları var. Zədən mane olmayacaq ki, oynamaq üçün?

Hələki bilmirəm, oynayacam oyunlarda, yoxsa yox. Güman edirəm ki, heç bir problem olmaz.

- Yoxlama oyunlarından söz düşmüşkən, qarşıdakı 3 oyunda millidən yaxşı nəticə gözləməyə dəyərmi?

Açıq danışacam, mənim səmimi olduğumu özünüz bilirsiz. Əgər mən hər hansı oyunda qələbə qazanmayacağımızı oyundan öncə əminliklə bilsəm meydançaya çıxmaram. Sözüm odur ki, çalışacağıq yaxşı nəticə qazanaq.

- Yəqin ki, 17 yaşlı milli komandamızın Avropa Çempionatındakı oyunlarını izləmisən. Həmin yığmada sən gələcəyin Kamran Ağayevini görürsənmi?

Bunu zaman göstərər. Təbii ki , mən istərdim millidə Kamrandan daha yaxşı qapıçılar yetişsin. Bilmək olmaz, bəlkə də gələcəkdə gənc qapıçımız Kamrandan daha yaxşı futbolçu olacaq?