reklam
"Zirə" daha bir futbolçusu ilə yolları ayırdı

“Zirə” daha bir futbolçu ilə yollarını ayırıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  Nicat Qurbanov karyerasını başqa klubda davam etdirəcək.

24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.

Qeyd edək ki, bundan əvvəl Çimezie Mbah, Dieqo Qusmao, Luis Alberto Diez, Tərzin Cahangirov, Ruslan Poladov və Rəşad Abdullayev “Zirə”dən ayrılmışdı.