reklam
"Qarabağ"ın futbolçusu "Sumqayıt"da

"Qarabağ"ın futbolçusu "Sumqayıt"da

TARIX /

"Sumqayıt" klubu 2016/2017 futbol mövsümü üçün ilk transferini reallaşdırıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Sumqayıt futbol məktəbinin yetirməsi olan 2006-cı ildən "Qarabağ"da çıxış edən Fərhad Vəliyev heyətinə cəlb olunub.

Onunla 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində "Qarabağ"dan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "Gənclərbirliyi" və "İnter"in formalarını geyinmiş 36 yaşlı qolkiper 2006-cı ildən bəri 32 dəfə Azərbaycan millisində meydana çıxıb.

Qeyd edək ki, Fərhad karyerası ərzində "Neftçi" (2003/2004) və "Qarabağ"la (2013/2014, 2014/2015, 2015/2016) ümumilikdə 4 dəfə Azərbaycan çempionu olub. O, həmçinin 5 dəfə də Azərbaycan kubokunu başı üzərinə qaldırıb ("Neftçi" 2001/2002, 2003/2004 / "Qarabağ" 2008/2009, 2014/2015, 2015/2016).