reklam
"Sumqayıt" qapıçısı ilə müqavilə yenilədi

"Sumqayıt" klubu Amil Yunanovdan sonra daha bir futbolçusu ilə müqavilə yeniləyib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Tərlan Əhmədli 2015/2016 mövsümündə "Sumqayıt"ın heyətində 9 qarşılaşmada 689 dəqiqə meydanda olub.