reklam
"Sumqayıt" Boluda ilk məşqinə çıxdı - FOTOLAR

Xəbər verdiyimiz kimi, “Sumqayıt” Futbol Klubu bu gündən etibarən Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışına start verib. 

İdmanxeber.com-un məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb. 

Məşqin əvvəlində daha çox fiziki hazırlıq üzərində çalışan komanda daha sonra qısa ötürmələr və 3 qrupa bölünərək oyunla hazırlığı yekunlaşdırıb. "Sumqayıt" sabah Boluda 2 məşqə çıxacaq.

 

Xəbərə aid şəkillər

idman xeberidman xeberidman xeberidman xeber