reklam
"Kəpəz" "Şərurspor"a şans tanımadı

"Kəpəz" "Şərurspor"a şans tanımadı

TARIX /

Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Kəpəz” yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, Gəncə təmsilçisi I divizion klubu "Şərurspor"la üz-üzə gəlib.

7 qolun vurulduğu qarşılaşmada qələbəni "Kəpəz" bayram edib - 6:1.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçirilən görüşdə Orxan Əliyevlə hesabı açan Şahin Diniyevin yetirmələri az sonra "Şərurspor"un qoluna üzülüb. Lakin Ebah və Orxan Əliyevin dublu, Dario Federiko və Tural Qürbətovun qolları "Şərurspor"un böyükhesabla məğlub olmasına səbəb olub.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".