reklam
Bu da bizim çempionat!

Bu da bizim çempionat!

TARIX /

Ötən gün "Qəbələ" - "Kəpəz" matçından sonra Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün ilk turuna yekun vuruldu.

İdmanxeber.com-un məlumatına görə, ilk tur üçün azarkeş sayı da məlum olub.

Turun mərkəzi görüşü - "İnter" - "Qarabağ" oyunu ən çox azarkeşin stadiondan izlədiyi qarşılaşma olub - 2200 tamaşaçı.

Ən az azarkeş isə "Qəbələ" - "Kəpəz" matçında qeydə alınıb - 300 azarkeş.

Yeni mövsümün ilk turunu ümumilikdə 3850 azarkeş stadiondan izləyib.

Sıralama aşağıdakı kimidi:

"İnter" - "Qarabağ" - 2200 tamaşaçı

"Qəbələ" - "Kəpəz" - 300 tamaşaçı

"Zirə" - "Sumqayıt" - 1000 tamaşaçı

AZAL - "Neftçi" - 350 tamaşaçı