reklam
FİFA Bakı "İnter" ilə bağlı qərarı<strong><font color=#ff0000> rəsmən</font></strong> açıqladı

Bakının "İnter" klubu FİFA tərəfindən cəzalandırılması ilə bağlı rəsmi məlumat yayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, 06.09.2016-cı il tarixdə faksla göndərilmiş FİFA-nın 26.05.2016-cı il tarixli qərarına əsasən, “İnter”ə növbəti iki transfer pəncərəsində yeni futbolçu almaq qadağan edilib.

Qadağa müddəti 2016-2017-ci il mövsümünün qış, 2017-2018-ci il mövsümünün isə yay transfer dövrlərini əhatə edəcək.

Cəzanın səbəbi göstərilməsə də, bunun klubun fransalı sabiq futbolçusu Yohan Bakonyanoya borclu olması və legionerin  buna görə FİFA-ya şikayət etməsi ilə bağlı olduğu bildirilir.