reklam
Aktivlər və passivlər (LAYİHƏ)

Aktivlər və passivlər (LAYİHƏ)

TARIX /

XXI əsrdə dünya klubları azarkeşlərini və ümumiyyətlə futbol izləyicilərini məlumatlandırmaqdan ötrü sosial şəbəkələrdən və veb-saytlardan aktiv şəkildə istifadə edirlər.

Bunlar, tərəfdarları komandada baş verən hər bir yenilikdən xəbərdar etmək üçün əvəzedilməz vasitədir.

Bəs Azərbaycan klubları necə, saytlarına yerləşdirdikləri məlumatlar nə dərəcədə operativdir və hansı qüsurları var?

Sizin üçün bunları araşdırdıq:

AZAL-ın saytında son məlumat 4 avqustda verilib. Deyəsən klubun saytın mövcudluğundan xəbəri yoxdur. AZAL-ın feysbukdakı rəsmi səhifəsindəki son paylaşım isə “buz dövründən” qalıb deyə bilərik. Saytın xəbər lenti isə bərbad gündədir. Saytın sağ tərəfindəki afişa bölməsində AZAL – “Qarabağ” – 10 sentyabr yazıblar. Halbuki bu matçın təqvimi PFL tərəfindən dəyişdirilib və sentyabrın 9-na salınıb. Oyun isə artıq başa çatsa belə afişa aktivdir. Bu isə əsl komediya mövzusudur.

“İnter”in saytı rəngarəng olsa da, oyunun icmallarına rast gəlmək olmur. İcmal izləmək istəyən gərək “youtube”da axtarış yazsın ki, bu da azarkeşlər üçün heç də komfortlu variant sayılmır. Saytda yer alan radio digər klublara nisbətən fərqlilik yaradır. Operativlik baxımından isə yaxşı vəziyyətdədir. "Bankirlər" sosial şəbəkələrdə də xeyli aktiv görsənir.

“Neftçi”də vacib xəbərlərdə gecikmə var. Məsələn, komanda uduzdusa bu barədə məlumatı gec alarsınız. Amma digər məsələlərdə operativlik normal səviyyədədir. Saytda aşağı yaş qrupları və əvəzedici heyətlə bağlı xəbərlərin hamısı operativ şəkildə yer alır, hətta videoları ilə birgə. Bəlkə də bu əsas komandanın cari mövsümdəki zəif oyunu ilə əlaqədardır.

“Qarabağ”ın saytında diqqət çəkən məqam məşqçi açıqlamaları və video icmallar 1 gün sonra yüklənməyidir. Burada isə sayt “Neftçi”dən fərqli olaraq əsas komandaya köklənib  "Köhlən atlar"ın son illərdə ölkə çempionluğuna embarqo qoymasına baxmayaraq saytın nailiyyətlər bölümündə 201516 mövsümündəki çempionluqdan yazılmayıb. Və bu bölüm olduqca qarışıqdır. Klubun bu qədər uğuru bir-birə keçmiş qısa mətn şəklindədir.

 

“Zirə”nin saytı çox passivdir. “Komanda” bölümündəki heyətdə o qədər köhnədir ki, komandanın sabiq forvardı Bonilya hələ də heyətdə göstərilir. Bəlkə də, “Zirə” sədaqət əlaməti olaraq Premyer Liqanın bombardirinin şəklini xatirə olaraq saxlayır. Stadion barəsindəki informasiya bölümü isə “Qarabağ”la müqayisədə xeyli yaxşıdır.

Çempionatın autsayderi “Sumqayıt”ın isə vebsaytı dayanmadan yeni məlumatlar verir. İstər aşağı yaş kateqoriyası, istər əsas komanda fərq etmir. Lakin saytın “komanda” bölümündə sabiq “kimyaçı” Pərdis Fərcad-Azadın adını görməsək də saytın kənarındakı şəkildə klubun baş məşqçisi Samir Abbasovun fotosonun altında Pərdisin iki ardıcıl fotosu həkk olunub. Simmetriya pozğunluğu da nəzərimizdən qaçmadı. Futbolçuların heç də hamısının soyadı böyük hərflərlə yazılmayıb. Xüsusilə də, iranlı oyunçuların...

“Kəpəz”də futbolçulardan alınan açıqlamalar, zədəlilər, komandanın məşqləri operativ şəkildə yer alır.

Videoicmallar və fotoreportajlar bölümü də ayrıcalıq təşkil edir. Bu cəhətdən Gəncə klubunun saytı digərlərinə örnək ola bilər. Lakin komandanın “komandamız avrokuboklarda” bölməsinə nəzər saldıqda görürük ki, gəncəlilərin bu mövsümkü oyunları burada yer almayıb. “Əsas heyət” bölümündə isə oyunçular qarışıq vəziyyətdə sıralanıb.

“Qəbələ”nin saytında videoicmallara az-az rast gəlinir. Operativlik baxımından normaldır. Klubun avrokuboklardakı uğurları saytın aktivliyini artırıb. Lakin “əsas heyyət” bölümündə Cavid Hüseynovun adının yer alması maraqlı fakt kimi qeyd edilməlidir. Xatırladaq ki, adıçəkilən futbolçunun məhkəmə prossesi davam edir.

“Tarix” bölümündə “Qəbələ”nin bu ilki avrokuboklardakı uğurlarının yer almaması diqqətimizi çəkdi.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

Seymur Kərimli