reklam
Ebah: "Ötən mövsümdən daha çox qol vurmaq niyyətindəyəm"

"Məncə, "Sumqayıt"la oyunumuz "Zirə" matçından daha çətin olacaq. Bunu bilirik və mübarizəyə hazırıq. Səfər görüşündən qələbə ilə ayrılmalıyıq, bu, bizim üçün çox vacibdir. Ötən turlarda AZAL və “İnter” ilə oyunlarda itirdiyimiz xalları sığortalamaq məcburiyyətindəyik".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Julien Ebah Azərbaycan Premyer Liqanın 5-ci turunda "Sumqayıt"la oyun öncəsi klubun saytına deyib.

"Yaxşı anlayırıq ki, bizə bu mövsüm daha çox xal toplamaq lazımdır. Son iki oyunda fərqlənməyim həm mənim, həm komandamın xeyrinə oldu. Əhval-ruhiyyəm artıq düzəlib, məşqçilər heyəti, futbolçular və azarkeşlər mənə böyük ümidlər bəsləyirlər. Ötən mövsümdən daha çox qol vurmaq niyyətindəyəm” - deyə o bildirib.