reklam
"Neftçi"nin baş məşqçisinin daha bir köməkçisi müəyyənləşdi

"Neftçi"nin yeni baş məşqçisi Elxan Abdullayevin bütün köməkçiləri müəyyənləşib.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə isə Andrey Kolesnikov təyin olunub.

Andrey Kolesnikov Ukraynanın "Metallurq” (Donetsk), "Krivbass” və "İliçevets” klubları ilə yanaşı, "Kəpəz”, "İnter” və AZAL-da da çalışıb. O, hazırda Azərbaycan milli komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini yerinə yetirir.

Qeyd edək ki, bundan əvvəl əsas komandada məşqçi vəzifəsinə İqor Getman və qapıçılar üzrə məşqçi vəzifəsinə Dmitri Kramarenko təyin edilib.

Baş məşqçinin daha bir köməkçisinin adına gələn həftə aydınlıq gələcək.