reklam
“Neftçi”nin uğursuzluq seriyası qırıldı

"Neftçi” məğlubiyyət seriyasına son qoyub. 

İdmanxeber.com-un məlumatına görə, Bakı klubu Azərbaycan Premyer Liqasının VII turunun “Kəpəz”lə qarşılaşmasında qazandığı 2:0 hesablı qələbə ilə “qara zolaq”dan çıxıb. Son 5 matçda qələbə və xala həsrət qalan “ağ-qaralar” sonuncu dəfə avqustun 6-da sevinmişdi. Səfərdə AZAL-a 2 cavabsız qol vuran bakılılar 56 gündən sonra xal əldə edib.

Ardıcıl 5 dəfə uduzmaqla, ölkə çempionatları tarixində özünün ən uzun seriyasına imza atan bakılılar digər antirekorda imkan verməyib. Paytaxt təmsilçisi tarixində 6-cı dəfə qələbəsizlik seriyasını 5-ə çatdırsa da, 2015-ci ildə 9 oyunluq uğursuzluğun təkrarlanmasına imkan verməyib. “Neftçi” ötən il 1 dəfə doqquz, 1 dəfə altı görüşdə qalib gələ bilməmişdi.