reklam
Vançe Şıkov İsrail və İtaliyaya qarşı

Vançe Şıkov İsrail və İtaliyaya qarşı

TARIX /

“Neftçi”nin müdafiəçisi Vançe Şıkov Makedoniya milli komandasının düşərgəsindədir. 

İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı futbolçu dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da İsrail, 9-da isə İtaliya yığmalarına qarşı oyunlarda öz komandasına kömək edə biləcək.

Qeyd edək ki, Vançe Şıkov 2007-ci ildən formasını geyindiyi Makedoniya milli komandasının heyətində 50 oyun keçirib və 4 qola imza atıb.