reklam
"Qəbələ" və "Kəpəz" azarkeşlərinə görə cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, aparılan müzakirələrdən sonra Azərbaycan  Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“İnter” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “İnter”in texniki zonasından meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Sumqayıt” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Neftçi” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 57-ci və 78-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Qəbələ” – “Qarabağ” matçının 40-cı dəqiqələrində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.