reklam
“Neftçi” məşqlərə başladı

“Neftçi” məşqlərə başladı

TARIX /

“Neftçi”nin əsas komandasının iki günlük istirahəti başa çatıb. 

İdmanxeber.com-un məlumatına görə, hazırlıq planına əsasən, bu gün iki məşq nəzərdə tutulub. Komandamızın səhər məşqi klubun təlim-məşq bazasında baş tutub. Milli komandalarımıza dəvət almış futbolçular – Araz Abdullayev, Rəhman Hacıyev (əsas milli komanda), Rahil Məmmədov, Fəhmin Muradbəyli (U-21 yığması), Anton Krivotsyuk, Ömər Buludov (U-19 yığması) və Makedoniya yığmasına çağırılmış Vançe Şıkov hazırlıq prosesində iştirak etməyiblər.