reklam
"Kəpəz"də plan: Bakı, 16:00, 11:00...

"Kəpəz"də plan: Bakı, 16:00, 11:00...

TARIX /

Azərbaycan Premyer Liqasında ilk dövrənin son oyununda “Neftçi”yə məğlubiyyətdən sonra 4 günlük istirahətə buraxılan “Kəpəz”in üzvləri sabah bir araya gələcək.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda məşqləri Bakıda bərpa edəcək. “Sarı-göylər” hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçəcək.

Gəncə klubunun oktyabrın 6-na olan məşqi saat 16:00-da başlayacaq. Sonrakı üç gün ərzində keçiriləcək məşqlər isə saat 11:00-a təyin olunub.