reklam
Şəhriyar Əliyev: “Gələn həftə məşqlərə başlaya biləcəyəm"

“Qarabağ”la Gəncədə keçirilən çempionat oyununda zədələnərək sıradan çıxan Şəhriyar Əliyev özünü yaxşı hiss edir. MRT müayinəsindən keçdikdən sonra aldığı xəsarətin ciddi olduğu müəyyənləşən müdafiəçinin 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi. Diz oynağının kollarateral bağı zədələnən futbolçunun müalicəsi davam etdirilir.

İdmanxeber.com xəbər verir ki, Şəhriyar durumu ilə bağlı klub saytına açıqlama verib: “Əvvəlki günlərə baxanda indi yaxşıyam. Gəzə bilirəm, amma müəyyən ağrılar var. Gündə iki dəfə həkimə gedib gəlirəm. Ayağıma güc düşəndə diz qoruyucusundan istifadə edirəm. Düşünürəm ki, gələn həftə məşqlərə başlaya biləcəyəm. Düzdü, bu yöndə son sözü həkimlər deyəcək. Yəqin ki, ilk dövlər onların tövsiyyəsinə uyğun olaraq fərdi şəkildə yüngül formada hazırlıq keçəcəyəm”.