reklam
"İnter"-"Qəbələ" matçının vaxtı müəyyənləşdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunun oyun cədvəli müəyyənləşib. 

İdmanxeber.com xəbər verir ki, II dövrənin ilk turunun görüşləri 2 gün ərzində keçiriləcək.

"Qarabağ" bu mövsüm ev oyununu ilk dəfə öz stadionunda - "Azərsun Arena"da keçirəcək. Bütün qarşılaşmalar Bakıda təşkil olunacaq və CBC Sport kanalı ilə canlı yayımlanacaq.


Azərbaycan Premyer Liqası

VIII tur

15 oktyabr

16:00. "İnter" - "Qəbələ"

Bakı. "İnter Arena"

18:30. "Qarabağ" - "Sumqayıt"

Bakı. "Azərsun Arena"

16 oktyabr

16:00. AZAL - "Kəpəz"

Bakı. "AZAL Arena"

18:30. "Zirə" - "Neftçi"

Bakı. Zirə İdman Kompleksinin stadionu.