reklam
"Neftçi"nin futbolçusu 1 aylıq sıradan çıxdı

"Neftçi" "Zirə" ilə oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com klub saytına istinadla xəbər verir ki,  "ağ-qaralar"ın müdafiəçisi Məqsəd İsayev sıradan çıxıb. Gənc cinah müdafiəçi ayaq əzələlərindən zədələnib. 

O, qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək. Belə ki, həkimlər onun təxminən bir ay müddətinə yaşıl meydanlardan kənarda qalacağını bildirib.