reklam

"Neftçi"nin sabiq futbolçusu vəfat etdi

TARIX /

"Neftçi”nin veteran futbolçusu Aleksandr Syomin 73 yaşında Moskvada vəfat edib.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 1943-cü il avqustun 9-da Bakıda anadan olmuş Syomin 1963, 1967-1972-ci illərdə "Neftçi”nin heyərində 94 oyunda meydana çıxıb. O, SSRİ yığmasında 1 oyun keçirib.
"Neftçi” PFK veteran futbolçunun vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!