reklam
"Neftçi"dən üç rəsmi transfer

"Neftçi"dən üç rəsmi transfer

TARIX /

"Neftçi” baxışda olan 3 futbolçu ilə müqavilə imzalayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi Mahir Şükürov, serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalli mövsümün sonunadək komandada çıxış edəcək.

Mahir Şükürov bir sıra Azərbaycan komandaları ilə yanaşı, Türkiyənin "Antalyaspor”, "Karşıyaka” və Rusiyanın "Anji” klublarında çıxış edib. 2006-2007-ci və 2012-2014-cü illərdə "Neftçi”də çıxış etmiş Şükürov Azərbaycan milli komandasının heyətində 75 oyun keçirib.

Mahir Şükürov "Neftçi”yə qayıtdığına görə şad olduğunu deyib:

"Bu klub futbola qayıtmağım üçün şərait yaratdı, mənim üzərimə düşən isə bu etimadı doğrultmaqdır. "Neftçi” hazlrda layiq olmadığı mövqedə qərarlaşıb. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni etməliyik”.

Boban Baykoviç Monteneqronun "Lovçen”, Serbiyanın "Srvena Zvezda”, "Yedinstvo”, "Radniçki”, "Rad”, "Smederevo”, "Srem Mitrovitsa” klublarının şərəfini qoruyub. Baykoviçin sonuncu klubu Belçika "Lyers”i olub.

Boban Baykoviç yeni komandası üçün faydalı olmaq istədiyini söyləyib:

"Bilirəm ki, "Neftçi” Azərbaycanın ən titullu klubudur. Azarkeşlərin yaddaşında qalmaq üçün var-gücümlə çalışacağam”.