reklam
"Neftçi"nin yeni transferi: "Hamımız bu qələbəyə sevinəcəyik"

"Ötən mövsüm "Neftçi”də olmasam da, xəbərim var ki, "Zirə”ni məğlub edə bilməmişik”. 


İdmanxeber.com xəbər verir ki, bu sözləri "Neftçi”nin futbolçusu Katalin Tira klubun rəsmi saytına açıqlama verərkən deyib.


O, Azərbaycan Premyer Liqasının VIII turunun "Zirə” ilə matçı haqda fikirlərini bölüşüb: "Bununla belə, oyuna çox yaxşı hazırlaşmışıq. Həm psixoloji, həm də fiziki cəhətdən tam hazırıq. İnanıram ki, qalib gələcəyik və hamımız bu qələbəyə sevinəcəyik”.