reklam
Premyer Liqanın havası dəyişdi

Premyer Liqanın havası dəyişdi

TARIX /

Premyer Liqamızın 8-ci turunu stadiondan izləmiş tamaşaçı sayı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, ümumilikdə turun 4 oyununu 2000 azarkeş tribunalardan izləyib. Bu isə hər oyuna 500 azarkeş deməkdi.

Turun ən çox azarkeş izlədiyi oyun "İnter" - "Qəbələ" (1:1) matçıdı. "İnter Arena"da baş tutmuş turun mərkəzi matçını cəmi 700 tamaşaçı izləyib.

Zirədə baş tutan və meydan sahiblərinin qələbəsi (2:0) ilə başa çatan "Zirə" - "Neftçi" oyununu isə tribunadan izləyən azarkeşlərin sayı 500-dü. Bu bu mövsüm üçün Zirə İdman Kompleksində qeydə alınan ən aşağı azarkeş göstəricidi. 

Son çempion "Qarabağ"ın "Azersun Arena"ya dönüşünə cəmi 500 azarkeş tamaşa edib. "Azersun Arena"da baş tutmuş turun ən bol qollu qarşılaşması - "Qarabağ" - "Sumqayıt" (3:0) matçını cəmi 500 azarkeş izləyib.

Turun antirekordu yenə Şüvəlanda qeydə alınıb. AZAL-ın avrokubokları hədəfləyən "Kəpəz"lə duelini (0:1) cəmi 300 tamaşaçı izləyib. 

"Layihə AFFA yanında Media Komitəsai tərəfindən maliyyələşdirilir".