reklam
AFFA "Neftçi"ni cəzalandırdı

AFFA "Neftçi"ni cəzalandırdı

TARIX /

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Azərbaycan Premyer Liqasının VIII turunun “İnter” – “Qəbələ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Azərbaycan  Premyer Liqasının VIII turunun “Zirə” – “Neftçi” matçının 47-ci dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Rahil Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.