reklam

Qol vurmaq əvəzinə azarkeş vuranlar...

Səxavət Qurbanov

TARIX /

Qeyri-adi heç nə olmadı. "Neftçi" dünən də azarkeşinə hörmətsizlik edirdi, bu gün də. Dünən də azarkeşini döyürdü, bu gün də...

Danışan fotolarla qarşınızdayıq. 

Əgər dünənə kimi Araz, Rahil kimi futbolçular azarkeşə əl qaldırırdısa, bu gün artıq legionerlər də bu "ənənə"ni davam etdirir. Xalq komandası xalqın bir nömrəli düşməninə çevrilmək yolunda inamla addımlayır.

Qol vurmaq əvəzinə azarkeş vururlar...

İl dəyişir, komandanın iddiaları da dəyişir, hətta hər yeni mövsüm üçün sifariş etdikləri formaları da... Təkcə dəyişməyən "qoçuluq sistemi"di. Hələ elə bir mövsüm yadıma gəlmir ki, "Neftçi"nin adı həmin rüsvayçı olayda, rəzalətdə hallanmasın. Hər ötən mövsümə özünəməxsus damğa vurur "ağ-qaralar". Azarkeş döyürlər, jurnalistləri ittiham edirlər və s...

Tiranın azarkeşi döyməsi nə qədər anormal hadisədirsə, komandanın yerli futbolçularının başqa bir yerdən gəlib bu ölkədə qoçuluq edərək öz sadiq azarkeşinə yumruq atan legionerin bu hərəkətinə göz yumub, müdaxilə etməməsi ondan da beşbetər rüsvayçılıqdı. 

Bu da həmin acınacaqlı mənzərə...

Və son olaraq bu foto... "Neftçi" ailəsinin bir üzvü ol". Əgər ardıcıl məğlubiyyətlər görmək istəyirsənsə, qələbəsizliyin nə demək olduğunu dadmaq haqda fikirləşirsənsə, stress keçirib, futbolçu yumruğuna tuş gəlmək niyyətin varsa o zaman gecikmə, "ağ-qara" ailənin bir üzvü ol.

Azarkeşinə "kənar şəxs" deyərək polisə verən, uğursuzluq fonunda problemi ya media, ya da azarkeşində axtaran, sağlam klub idarəçiliyinin sıfırın altında olan "Neftçi"nin özünə gəlməsi üçün öncə yeni rəhbərlik, sonra isə illər lazımdı.

Səxavət