reklam
"Elə bildim "Qarabağ" azarkeşidir" - Katalin Tira üzr istədi

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində baş tutan “Neftçi” – “Qarabağ” matçının 90-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Katalin Tira meydana girən azarkeşi vurmuşdu.

İdmanxeber.com xəbər verir ki, etdiyi hərəkətə görə klubdan qovulan futbolçu feysbukda fanatlardan üzr istəyib. 

“Mən etdiyim hərəkətə görə üzr istəyirəm. Fikrim yalnız komanda yoldaşlarımı müdafiə etmək idi. Mən elə bildim ki, o, “Qarabağ” azarkeşidir. Öz fanatımız olduğunu düşünmədim”.

Xatırladaq ki, oyun "Qarabağ"ın 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.