reklam
Turun rekordu Qəbələdə, antirekordu Bakıda

Azərbaycan Premyer Liqasının 10-cu turu üçün azarkeş sayı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, turun ən yüksək göstəricisi Qəbələdə qeydə alınıb. Belə ki, burada baş tutan "Qəbələ" - "Neftçi" qarşılaşmasını (4:1) tribunadan 1500 tamaşaçı izləyib.

Turun ikinci ən yaxşı göstəricisi isə Şüvəlana məxsusdu. “AZAL Arena”da keçirilmiş AZAL - “Qarabağ” matçında (0:1) 1000 tamaşaçı qeydə alınıb.

"Zirə"nin "Kəpəz" üzərindəki qələbəsinə isə cəmi 500 azarkeş şahidlik etmiş olub.

Turun antirekordu isə “İnter Arena”da qeydə alınıb. “İnter”lə “Sumqayıt”ın oyununu (3:1) cəmi 200 tamaşaçı tribunalardan izləyib.

Ümumilikdə isə 10-cu turu 3200 tamaşaçı tribunalardan seyr edib.

"Layihə AFFA yanında Media Komitəsai tərəfindən maliyyələşdirilir".