reklam
"Sent-Etyen" Bakıya 4 itki ilə gəlir

"Sent-Etyen" Bakıya 4 itki ilə gəlir

TARIX /

Avropa Liqasının IV turunda “Qəbələ”nin qonağı olacaq “Sent-Etyen”in Bakıya gələcək heyəti müəyyənləşib. İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Kristof Qaltye 21 oyunçunu gətirmək qərarına gəlib.

 

Təcrübəli mütəxəssis zədə səbəbindən yarımmüdafiəçilər Ceremi Klemen, Benjamin Kornye, Fabien Lemoin, həmçinin hücumçu Romen Amumanın xidmətindən yararlana bilməyəcək.

 

Bakıya bu futbolçular gələcək:

Qapıçılar: 16. Stefan Ruffye, 30. Jessi Mulin, 1. Entoni Maysonnial

Müdafiəçilər: 2. Kevin Teofil-Katerin, 4. Leo Laşro, 12. Çeyk Mbenque, 19. Florentin Poqba, 24. Loik Perrin, 25. Kevin Malko, 3. Pyerr-Yves Polomat

Yarımmüdafiəçilər: 5. Vinsen Payo, 7. Brayan Dabo, 11. Henri Sayve, 14. Cordan Varetu, 17. Ole Selnes

Hücumçular: 9. Nolan Ru, 10. Ossama Tannane, 22. Kevin Monne-Pake, 23. Aleksander Sederlund, 27. Robert Beriç, 35. Arnaud Nordin

 

Sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Sent-Etyen” görüşü saat 22:00-da başlayacaq.