reklam
"Qəbələ"nin futbolçusu Messini qabaqladı

"Qəbələ"nin futbolçusu Messini qabaqladı

TARIX /

Avropanın ən məhsuldar futbolçularının siyahısı açıqlanıb.

İdmanxeber.com xəbər verir ki, Prosport.ro portalı UEFA-ya üzv olan ölkələrin milli çempionatlarının bombardirlərini müqayisə edib. Bu futbolçuların qol sayının meydanda olduğu dəqiqələrə nisbətinə görə tərtib olunan siyahıda 14 oyunçu yer alıb. Cədvələ “Qəbələ”nin hücumçusu Baqali Dabo başçılıq edir.
Azəraycan Premyer Liqasının bombardiri rəqib qapılarından keçirdiyi 7 qolu meydanda olduğu 452 dəqiqə ərzində vurub. Bu isə o deməkdir ki, fransalı legioner orta hesabla hər 64 dəqiqədən bir qol sevinci yaşayır. Bu göstərici Avropada ən yüksək rəqəmdir.
1. Bagali Dabo (“Qəbələ”, Azərbaycan) – 64 dəqiqə
2. Klaudiu Keşeru (“Lüdogorets”, Bolqarıstan) – 68 dəqiqə
3-4. Antoni Modeste (“Köln”, Almaniya) – 70 dəqiqə
Musa Mareqa (“Gimaraynsh”, Portuqaliya) – 70 dəqiqə
5. Edinson Kavani (PSG, Fransa) – 77 dəqiqə
6-7. Lionel Messi (“Barcelona”, İspaniya) – 82 dəqiqə
Matt Derbişir (“Omoniya”, Kipr) – 82 dəqiqə