reklam
Miçel: "Biz hələ heç nəyə nail olmamışıq" - MÜSAHİBƏ

Avropa Liqasının IV turu çərçivəsində keçirilən qarşılaşmada "Qarabağ" səfərdə PAOK-a qalib gəlib 1-0.

İdmanxeber.com xəbər verir ki, oyunda vurulan yeganə qolun müəllifi Miçelin oyunsonrası müsahibəsi ilə sizi tanış edir:

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin oyun olacağını bilirdik. Bu oyunda azarkeş dəstəyimiz də var idi. Çətin olsa da, sonda rəqibə qarşı layiqli mübarizə aparmaqla qalib gələ bildik.

 

- İkinci hissədə meydana çıxdınız və cəmi bir neçə dəqiqə sonra qələbə qoluna imza atdınız...

- Qələbə qolunu vuracağımı gözləmirdim. Baş məşqçininin mənə şans verməsini gözləyirdim ki, komandama kömək edim. Şadam ki, həlledici qola imza atmağa nail oldum.


- Artıq qrupdan çıxmaq şansınızın artdığını demək olar?

- Hələ heç nə dəqiqləşməyib. Biz sadəcə, kiçik bir üstünlük qazanmışıq.


- Hər halda komandanız tarixi bir uğura imza atmağa çox yaxındır...

- Biz hələ heç nəyə nail olmamışıq. Daha bir qələbə qazanmaq istəyirik. Yalnız ondan sonra pley-offa adladığımızı əminliklə söyləmək olar.


- Artıq növbəti oyunda bu hədəfinizə çata bilərsiniz?

- Çətin olacaq. Çünki yenə səfərdə oynayacağıq.