reklam
Rekord Gəncədə, antirekord Şüvəlanda (LAYİHƏ)

Azərbaycan Premyer Liqasının 11-ci turu üçün azarkeş sayı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, bu tur bundan öncəki turdan daha diqqətçəkən olub. Turun ən yüksək göstəricisi Gəncədə qeydə alınıb.

Nizami yurdunda keçirilən və hesabın açılmadığı "Kəpəz" - "Sumqayıt" matçını (0:0) tribunadan 5000 tamaşaçı izləyib.

XI turun antorekordu isə yeni Şüvəlana məxsusdu. Burda baş tutmuş qalmaqallı AZAL - "Qəbələ" görüşünü cəmi 200 azarkeş tribunadan izləyib.


"Bakcell Arena" bu dəfə digər turlardna fərqli daha çox azarkeş görə bilib. Belə ki, "Neftçi"nin cari mövsümdəməğlub olmayan "İnter"ə yaşatdığı yenilgini (2:0) tribunadan 15000 azarkeş izləyib. Bu həm də bu turun ikinci ən yaxşı göstəricisidi.


Turun son görüşü - "Zirə" - "Qarabağ" oyununa isə maraq o qədər də böyük olmayıb. Qurban Qurbanovun yetirmələrinin qələbəsi ilə başa çatan qarşılaşmanı 1000 tamaşaçı arenadan izləyib.


Ümumilikdə isə başa çatan bu turu 7700 tamaşaçı tribunalardan seyr edib.

"Kəpəz" - "Sumqayıt" - 5000 tamaşaçı

"Neftçi" - "İnter" - 1500 tamaşçı

"Zirə" - "Qarabağ" - 1000 tamaşaçı

AZAL - "Qəbələ" - 200 tamaşaçı

"Layihə AFFA yanında Media Komitəsai tərəfindən maliyyələşdirilir".