reklam
174 gündən sonra

174 gündən sonra

TARIX /

“İnter”in Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub. 

İdmanxeber.com xəbər verir ki, cari mövsümün ilk 10 matçında uduzmayan paytaxt təmsilçisi XI turun “Neftçi” ilə XI turun səfər qarşılaşmasında 1:2 hesabı ilə yenilib. Ötən mövsümün son oyununda da məğlub olmayan Zaur Svanadzenin yetirmələrinin yenilməzliyi 11 matçdan ibarət olub. Maraqlıdır ki, “İnter”in çempionatdakı son uğursuzluğu da məhz “Neftçi” ilə səfərdə qeydə alınmışdı. Mayın 15-də meydan sahibləri 4:2 hesabı ilə qalib gəlmişdi. 174 gündən sonra uduzan “göy-ağlar” bu müddətdə keçirdiyi 11 matçda 6 qələbə qazanıb, 5 heç-heçə ediblər.