reklam
"İnter"in 3 futbolçusu cəzalı durumda

"İnter"in 3 futbolçusu cəzalı durumda

TARIX /

Bakının "İnter” klubu Azərbaycan Premyer Liqanın 12-ci turunda AZAL-la oyuna ciddi itkilərlə çıxacaq. İdmanxeber.com-un məlumatına görə, komandanın 3 aparıcı futbolçusu cəzalı duruma düşüb. Bunlar kapitan Nizami Hacıyev, müdafiəçi Zurab Xizanişvili və hücumçu Ağabala Ramazanovdur. Hər üç futbolçu son turda "Neftçi” ilə oyunda cari çempionatda 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.