reklam
AFFA Qriqorçuku cəzalandırdı

AFFA Qriqorçuku cəzalandırdı

TARIX /

AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuku cəzalandırıb. İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssis Topaz Premyer Liqanın 11-ci turunda AZAL-la oyunun 14-cü dəqiqəsində texniki zona qaydalarını pozması səbəbindən texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 800 manat cərimə olunub. Qeyd edək ki, AZAL - "Qəbələ" oyunu qolsuz bərabərliklə başa çatıb.