reklam
"Sumqayıt"da 2 yeni futbolçu

"Sumqayıt"da 2 yeni futbolçu

TARIX /

Növbəti turda "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" fasiləsiz olaraq hazırlığını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, komanda bu gün səhər saatlarında "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Yusif Nəbiyev və Xəyal Nəcəfov U-21 millisinin düşərgəsində olduğu üçün hazırlıqda iştirak etməyib. Əvəzedicilərdən isə 2 futbolçu - Orxan Məsdanov və Tural Bayramlı əsas komandaya qatılıb.

Xatırladaq ki, Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Sumqayıt" noyabrın 13-də "İnter"lə səfərdə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 15.30-da "İnter Arena" staionunda baş tutacaq.