reklam
"Neftçi" əvəzedicilərinə də uduzdu

"Neftçi" əvəzedicilərinə də uduzdu

TARIX /

"Neftçi”nin əsas və əvəzedici komandaları arasında yoxlama oyunu keçirilib.

İdmanxeber.com-un məlumatına görə, İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüş əvəzedicilərin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Əsas komandanın qollarını Jonas Pessalli və İbrahim Əliyev vurublar. Əvəzedicilərdən isə Əli Şirinov, Kənan Mirzəliyev və Bahadur Həziyev fərqlənib.

Əsas komanda: Boban Baykoviç, Elvin Bədəlov, Rahil Məmmədov, Məqsəd İsayev, Anton Krivotsyuk, Edson Kastilyo, Murad Ağayev, Tərzin Cahangirov, Orxan Qurbanlı, Jonas Pessalli, Cavid İmamverdiyev.

Meydana sonradan daxil olanlar: Maksim Vaylo, Kamal Qurbanov, Elvin Sərkərov, Ömər Buludov, İbrahim Əliyev.

Əvəzedici komanda: Krşevan Santini, Heydər Babayev, Vüsal Hüseynov, Rəhman Daşdəmirov, Orxan Sabirbəyli, Kənan Mirzəliyev, Sənan Əbilov, Arzuman Rizvanov, Əli Şirinov, Murtuzəli Abakarov, Bahadur Həziyev.

Meydana sonradan daxil olanlar: Sənan Əlizadə, Ruzigar İbrahimzadə, Əli Babayev, Aslan Bədəlzadə, Adəm Əsgərov, Rafiq Zamanov, Xəyal Tomarov, Pərviz Həsənov