reklam
"Qəbələ"də 10 qol

"Qəbələ"də 10 qol

TARIX /

Topaz Premyer Liqasında yaranan qısa fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” hazırlıq matçı keçirib. 

İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun yetirmələri klubun əvəzedici komandası ilə qarşılaşıb. Millilərin heyətinə cəlb olunan futbolçular oyunda iştirak etməyib.

Məhsuldar keçən qarşılaşmanın ilk yarısında 6 qol vurulub. Əsas komandanın 5:1 hesabı ilə üstün olduğu hissədə Baqali Dabo 4, Filip Ozobiç 1 dəfə fərqlənib. Əvəzedicilərin ilk yarıdakı qoluna Qədir Bayramlı imza atıb. İkinci hissədə qapılara daha 4 top vurulub. Fasilədən sonra Teo Uiksin 2, Tellur Mütəllimovun 1 qoluna əvəzedicilər Ramil Hasanovla cavab verib – 8:2.

Bu oyundan sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” hazırlıqlarını noyabrın 15-də bərpa edəcək. 

Xatırladaq ki, “Qəbələ” növbəti matçını noyabrın 19-da keçirəcək. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının XII turunda “Zirə”ni qəbul edəcək.