reklam
"Xəzər Lənkəran"ın sabiq futbolçusu AZAL-da

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Sadio Tounkara, AZAL ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu yaxın günlərdə komanda ilə birgə məşqlərə başlayacaq. Bir müddət əvvəl isə onun "Şəmkir" klubuna keçidi gündəmdə olsa da, tərəflər maliyyə məsələsində razılaşa bilməmişdilər.

Qeyd edək ki, Tounkara 2012-2015-ci illərdə "Xəzər Lənkəran"da çıxış edib.