reklam
"Neftçi" Santini ilə müqaviləyə xitam vermək istəyir

“Neftçi” daha bir legioneri Krşevan Santini ilə yolları ayırmaq niyyətindədir.

İdmanxeber.com-un məlumatına görə, klub rəhbərliyi baş məşqçi Elxan Abdullayev tərəfindən "Neftçi"nin əsas heyətindən kənarlaşdırılan xorvatiyalı qapıçı ilə müqaviləni sonlandırmaq istəyir.

Komandanın bu niyyətinə qarşılıq olaraq, 29 yaşlı qolkiper razılaşmanın sonuna kimi Bakıda qalmaq fikrindədir.

Xatırladaq ki, "Neftçi" digər əcnəbi futbolçusu Vançe Şıkovla da yolları ayırmaq istəsə də, eyni cavabı almışdı.