reklam
“Kəpəz” “Qarabağ”la oyuna ciddi itki ilə hazırlaşır

Topaz Premyer Liqanın 12-ci turunda “Qarabağ” səfərinə yollanacaq “Kəpəz” oyuna böyük itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, 11-ci turda “Sumqayıt”la görüşdə qırmızı vərəqə ilə cəzalandırılan yarımmüdafiəçi Kərim Diniyev Ağdam təmsilçisinə qarşı mübarizə apara bilməyəcək.

Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” oyunu noyabrın 19-da keçririləcək.