reklam
“Qəbələ”: 14 oyunda 7 qələbə

“Qəbələ”: 14 oyunda 7 qələbə

TARIX /

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar keçirilib. 

İdmanxeber.com-un gabalafc.az saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” futbol akademiyasının komandaları 14 matç keçirib. Təmsilçilərimiz bu görüşlərin 7-də qalib gəlib, 2-də heç-heçə edib və 5 oyunda məğlub olub.

U-19 evdə “Qarabağ”la qarşılaşıb. 1:1 hesablı heç-heçədən sonra komandam 9 oyundan sonrakı aktivini 19 xala çatdırıb. “Qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb. U-17 “Neftçi” ilə səfər oyununda 1:0 hesabı ilə qalib gəlib. “Qəbələ” VII turdan sonra 17 xala 3-cü yerdədir. U-16 səfərdə “İnter”ə uduzub – 1:2. 7 oyunda 13 xal toplayan komanda 3-cü pillədə yer alıb. Səfərdə “Sumqayıt”ı 1 cavabsız qolla məğlub edən U-15 ardıcıl 6-cı dəfə qalib gəlib. 100 faizlik nəticəyə malik olan “Qəbələ” yarışın vahid lideridir.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. “Neftçi”yə 1:2 hesabı ilə yenilən U-14 ardıcıl 7 qələbədən sonra ilk məğlubiyyətini alıb. 8 oyunda 21 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb. Eyni hesabla “İnter”ə uduzan U-13-ün aktivində 8 oyundan sonra 13 xal var. Komanda 5-cı yerdədir.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında "Qəbələ" bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” UGİM “Rabitəçi”ni (Yevlax) 9:0 hesabı ilə məğlub edib. UGİM isə “Daşqın”la qolsuz heç-heçə edib. 7 turdan sonra “Qəbələ” 21 xalla 1-ci, bir oyun az keçirən UGİM 16 xalla 3-cüdür. U-11 Liqasında UGİM “Daşqin” 3:2, “Qəbələ” UGİM-i (Oguz) 13:0 hesabı ilə üstələyib. İtkisiz liderlik edən komandalarıın hər ikisi 7 turda 21 xal toplayıb. U-10 Liqasında “Qəbələ” və UGİM üz-üzə gəlib. “Qırmızı-qaralar” 5:1 hesablı qələbə qazanıb. Gİİ isə Qaza UGİM-inə qalib gəlib – 4:1. 7 turdan sonra “Qəbələ” 21 xalla 1-ci, Gİİ 15 xalla 2-ci, UGİM 12 xalla 6-cıdır.

Qızların yüksək liqa yarışında VI tur liderlərin görüşü ilə əlamətdar olub. Məğlubiyyətsiz irəliləyən “Qəbələ” və “Fidan”ın görüşündə sonuncular qələbə qazanıb – 3:1. 5 matçda 10 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb.