reklam
Mahir Şükürov: "Azarkeşlərimizi sevindirmək istəyirik"

“Neftçi”nin müdafiəçisi Mahir Şükürov "Sumqayıt"la görüş öncəsi açıqlamalar verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu “Sumqayıt”la oyun ərəfəsində bunları bildirib:

“İnter”lə oyundakı qələbəmizin davamını gətirmək istəyirik. “Sumqayıt”a ilk dövrədə məğlub olmuşduq. Bu baxımdan bu qarşılaşmada azarkeşlərimizi sevindirmək isəyirik. Səfər oyunu olmasına baxmayaraq inanıram ki, onlar bizi tək qoymayacaqlar. Qış fasiləsinə qədər qalan oyunlarımızda maksimum xal toplamağa çalışacağıq”.

Xatırladaq ki, “Sumqayıt” – “Neftçi” oyunu noyabrın 20-də “Kapital Bank Arena”da keçiriləcək və saat 14:00-da başlanacaq.