reklam
Milli komandamızın UEFA reytinqində yeri açıqlanıb

Bu gün milli komandaların UEFA reytinqinin yeni siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Avropanın 55 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 1 pillə geriləyib. Xal hesabı 16 701 olan komandamız bu dəfə 80 xal itirərək, 39-cu yerə enib.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Şimali irlandiyaya məğlubiyyət (4:0) millimizin gerilməsinə səbəb olub.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya yenidən ilk pillədə qərarlaşıb.

Çexiya 1 pillə irəliləyərək 23-cü yerdə qərarlaşıb. Şimali İrlandiya da 1 pillə irəliləyərk 26-cı yerə yüksəlib. Norveç 1 pillə geriləyərək 32-ci yerə düşüb. San Marino isə 54-cüdür.