reklam
Şaban Şirdanov: "Görüş gözlədiyimizdən də çətin keçdi"

Birinci divizionun 12-ci turu çərçivəsində keçirilən "Zaqatala" - "Ağsu" (3-1) görüşü başa çatıb.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra ev sahibi komandanın baş məşqçisi Şaban Şirdanov oyun haqda fikirlərini bildirib:

"Oyun gözlədiyimizdən də çətin keçdi. Məncə, bu görüşü birinci dövrədə oynadığımız ən çətin qarşılaşma saya bilərik. Hesab oyuna görə oldu. Mən özüm hücum futbolunu çox sevirəm. İlk turlarda uğursuzluq yaşadıq və daha sonra heyətimizə Premyer Liqa təcrübəsi olan futbolçular dəvət etdik. Yeni gələn futbolçularla burda olan oyunçuların bir-birinə uyğunlaşmasına zaman lazım idi. Bundan başqa futbolçumuz da dünyasını dəyişdi".