reklam

"Zaqatala” klubunun futbolçusu Emin Mehtiyev "3-1" qələbə qazandıqları "Ağsu" görüşündən sonra açıqlamalar verib.

İdmanxeber.com-un məlumatına görə, oktyabrda vurulan ən yaxşı qolun müəllifi əvvəlcə "Ağsu"ya qarşı hansı səbəbdən forma geymədiyini deyib:

"Səbaillə oyunda zədələndiyim üçün bu oyunu buraxmaq məcburiyyətində qaldım. Zədəmi tamamilə sağaltmağım 1 ay çəkəcək".

Daha sonra isə E.Mehtiyev vurduğu qolun ayın ən yaxşısı seçilməsindən söz açıb: "Açığı bu nəticəni gözləmirdim. Ancaq təbii ki, sevincliyəm. Bu cür layihələr batmaqda olan futolçuların üzə çıxmasına yardım edir. Layihənin qalibi olmaq üçün də nəsə etmədim. Yalnız namizədlər siyahısında olduğumu biləndə, ən çox səsi topladığımdan xəbərim oldu".

Sonda isə futbolçu komandasının uğurları üçün çalışmağa davam edəcəyini açıqlayıb: "Əvvəlki klubum Neftçidə daha geridə oynayırdım. İndi bir az da irəliyə getmişəm və komandam üçün bacardığımı edirəm. Bundan sonra uğurlar qazanmaq üçün var-gücümlə çalışacam".